"Qolden Steyt Varriors"dan rekord

"Minnesota Timbervolvs" üzərində 129-116 hesablı qələbə qazanan "Qolden Steyt Varriors" 10 oyunda 10 qələbə qazanmaqla klub tarixinin ən yaxşı nəticəsinə imza atıb. SportLine.az xəbər verir ki, qələbədə əsas pay sahibi 46 xalla Stefen Karri olub. 

Bu nəticə ilə "Qolden Steyt Varriors" "Hyuston Rokets"in 1993-1994 mövsümündəki rekorduna yaxınlaşıb. Həmin vaxt hyustonlular ilk 15 oyunda maksimum nəticə göstərərək MBA tarixində ən yaxşı nəticəyə imza atmışdılar.