"Qolden Steyt"dən gözlənilməz məğlubiyyət

NBA-in Qərb Konfransının ilk final matçında "Oklahoma Siti Tanders" cari mövsüm gözəl çıxışla yadda qalan "Qolden Steyt Uarriors"un qonağı olub. SportLine.az xəbər verir ki, gözlənildiyi kimi, gərgin mübarizə şəraitində keçən qarşılaşmada qonaqlar qələbə qazanıblar. Oyunun gedişində 14 xal geriyə düşməsinə baxmayaraq, Rassl Vestbruk və Kevin Durantın mükəmməl oyunu ilə Oklahoma basketbolçuları yekunda qələbəni bayram ediblər – 108:102

Qeyd edək ki, Şərq Konfransının finalında bu gecə "Toronto Reptors" "Klivlend Kavalyers"lə üz-üzə gələcək. Final oyunları 3 qələbəyədək davam edəcək.