Qrizmann 100-ü keçdi

Antuan Qrizmann "Atletiko"nun tarixinə düşüb.

SportLine.az xəbər verir ki, fransalı hücumçu Madrid təmsilçisinin forması ilə 100 qol həddini aşan 3-cü şəxs olub. "Leqanyes"lə görüşdə poker edən A.Qrizmann "Atletiko"nun heyətində vurduğu qolların sayını 103-ə çatdırıb.

26 yaşlı futbolçudan öncə Fernando Torres (124 qol) və Serxio Aquero (101 qol) bu uğura imza atmışdı.