Qurban Qurbanov könüllü oldu

"Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov Sumqayıt “ASAN xidmət” mərkəzinin “Könüllü məşhurlar” layihəsinin qonağı olub. SportLine.az xəbər verir ki, futbol mütəxəssisi ərizə və anketlərinin doldurulması, növbələrin verilməsi və hazır sənədlər pəncərəsində könüllü olaraq vətəndaşlara xidmət göstərib.