Qurban Qurbanov reklama çəkildi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov reklama çəkilib.

Sportline.az xəbər verir ki, Qurbanov Ağdam təmsilçisinin sponsorlarından olan avtomobil brendi FAW-ın reklam çarxında iştirak edib.

49 yaşlı mütəxəssis “HongQi HS5” modelinin reklamında rol alıb.

Qeyd edək ki, “Qarabağ” klubu bu ilin aprelində FAW Azərbaycan brendi ilə əməkdaşlığa başlayıb.