Qurban Qurbanov rəqibini qabaqladı

Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - PAOK qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub. SportLine.az klubun saytına istinadən xəbər verir ki, ilk olaraq jurnalistlərin önünə ağdamlıların çalışdırıcısı Qurban Qurbanov çıxacaq.

44 yaşlı məşqçi sabah saat 17:30-da "Azərsun Arena"nın mətbuat zalında mətbuat konfransı keçirəcək. “Qarabağ”ın oyunöncəsi son məşqi isə saat 18:00-da klubun Suraxanı qəsəbəsində yerləşən bazasında baş tutacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

Qonaqların baş məşqçisi Vladimir İviçin mətbuat konfransı 19:15-də Respublika stadionunun mətbuat zalında baş tutacaq. PAOK-un son məşqi isə saat 20:00-da keçiriləcək. 

Qeyd edək ki, "Qarabağ" - PAOK matçı oktyabrın 20-də keçiriləcək.