Qvardioladan 500-cü qələbə

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola üçün İngiltərə Premyer Liqasının 26-cı turunda "Vest Hem"lə matç (2:1) əlamətdar olub.

Sportline.az "Opta"ya istinadən xəbər verir ki, qazanılan zəfər ispan mütəxəssisin baş məşqçi olaraq bütün turnirlərdə 500-ci qələbəsi olub. O,  "Barselona"da 179, "Bavariya"da 121, "Mançester Siti"də 200 qalibiyyət əldə edib.

Qeyd edək ki, "Mançester Siti" İngiltərə Premyer Liqasında 62 xalla liderdir.