Rahil Məmmədovun komandası əsas liqanı tərk edib

Millimizin üzvü Rahil Məmmədovun çıxış etdiyi LKS "Lodz" klubu Polşa əsas liqasını tərk edib.

Sportline.az xəbər verir ki, LKS "Lodz" bugün Rahil Məmmədovun 90 dəqiqə meydanda olduğu oyunda "Slask Vroslav"a 1-2 hesabı ilə məğlub olub.

Bu nəticə ilə LKS "Lodz"un sona 3 tur qalmış aşağı liqaya düşməsi dəqiqləşib.

Qeyd edək ki, Rahil Məmmədov Polşa klubuna qış transfer pəncərəsində "Qarabağ"dan transfer olunmuşdu.