Rakitiç: "UEFA bizi cəzalandıra bilər"
"Azarkeşlərimizin bizi dəstəkləməsi çox gözəldir. Ancaq bəzən onlar emosiyalarını cilovlaya bilmirlər. Bu da bizə problem yarada bilər". SportLine.az xəbər verir ki, bu sözləri Xorvatiya millisinin üzvü İvan Rakitiç Çexiya ilə görüşdən sonra verdiyi açıqlamada deyib.
Çexiya - Xorvatiya matçının sonlarında xorvatiyalı azarkeşlərin tribunalarda məşəllər yandırması və meydana atması onun narahatlığına səbəb olub: "UEFA bizi cəzalandıra bilər. Hətta, "Avro-2016"dan kənarlaşdırıla bilərik. Ümid edirəm, UEFA İspaniya ilə oyuna çıxmağa bizə icazə verəcək".
Qeyd edək ki, Çexiya - Xorvatiya matçının 86-cı dəqiqəsində meydana yanan məşəllər atılması səbəbilə görüş bir müddət dayandırılıb.