Ramil Şeydayev II liqada

Milli komandamızın hücumçusu Ramil Şeydayev Slovakiya çempionatının II liqasında bacarığını göstərib. Sportline.az xəbər verir ki, onun icarədə olduğu “Jilina”nın  B komandası “Koşitse” ilə qarşılaşıb. Oyun Ramilin komandasının 5:1 hesablı qələbəsiylə yekunlaşıb. Meydana start heyətində çıxan və 63-cü dəqiqədə əvəzlənən Şeydayev 20-ci dəqiqədə “sarılar”ın ikinci qoluna imza atıb. Şeydayevin  2-ci komandada oynamasının səbəbinə gəldikdə idə...“Jilina” Super Liqanın 27-ci turunda “Spartak”la qarşılaşmalı idi. Lakin Myava təmsilçisi qışda elitadan uzaqlaşdırıldığından məcburi istirahət qaçılmaz olub. Belədə əsas komandanın futbolçularına 2-ci liqada oynamaq tapşırığı verilib.