Ramil Şeydayevin çıxış etdiyi "Kocaelispor"un yeni baş məşqçisi açıqlanıb
Millimizin üzvü Ramil Şeydayevin də çıxış etdiyi "Kocaelispor" baş məşqçi dəyişikliyi yaşanıb.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Mustafa Gürsellə yollarını ayıran "Kocaelispor" baş məşqçi postuna 54 yaşlı mütəxəssis Ertuğrul Sağlamı gətirib.
Türkiyə 1-ci liqasını 6-cı sırada tamamlayan "Kocaelispor" pley-off mərhələsində oynamağa haqq qazanıb.
Ertuğtul Sağlam 2009-2010 mövsümündə "Bursaspor" ilə Türkiyə çempionluğu yaşayıb.
Qeyd edək ki, "Kocaelispor" liqanın son oyununda "Sakaryaspor"a 0-2 hesabı ilə məğlub olub.