Raspadori "Atalanta"da
"Atletiko Madrid"in futbolçusu Ciakomo Raspadori karyerasını "Atalanta"da davam etdirəcək.
Sportline.az xəbər verir ki, bu haqda Berqamo klubunun rəsmi saytı məlumat yayıb.
İtaliya təmsilçisi bu keçid üçün "Atletiko"ya 23 milyon avro ödəyəcək.
Qeyd edək ki, İtaliya millisinin üzvü yeni klubunda 16 nömrəli formanı geyinəcək.