Rauf oynadı, "Kukesi" 3 xal qazandı

Azərbaycanlı futbolçu Rauf Əliyevin şərəfini qoruduğu "Kukesi" Albaniya çempionatında növbəti oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib "Laçi" kollektivi olub.

Qarşılaşma "Kukesi"nin qələbəsi ilə yekunlaşıb - 3:0.

R.Əliyev meydana start heyətində daxil olub və sonadək mübarizə aparıb. Onun 61-ci dəqiqədə vurduğu zərbə rəqib futbolçuya dəyərək qapıdan keçib.

Qeyd edək ki, "Kukesi" 7 xalla 10 komanda arasında 2-ci pillədə qərarlaşıb.