Raufun növbəti qolu
Azərbaycanlı futbolçu Rauf Əliyevin şərəfini qoruduğu "Kukesi" Albaniya çempionatında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Teuta” kollektivi olub.
Matç "Kukesi"nin qələbəsi ilə yekunlaşıb - 4:2.
R.Əliyev 90+4-cü dəqiqədə oyunda son nöqtəni qoyub.
Qeyd edək ki, "Kukesi" 6 turdan sonra 13 xalla 2-cidir.