"Atletiko" - "Real": Düşərgələrdəki son durum

Bu gecə UEFA Çempionlar Liqasında 1/8 finalın cavab oyunları keçiriləcək.

Sportline.az xəbər verir ki, maraqlı görüşlərdən birində "Real Madrid"lə "Atletiko" komandaları üz-üzə gələcək.

Əzəli rəqiblərin “Santyaqo Bernabeu”da keçirilən ilk oyununda “Real” 2:1 hesabı ilə qələbə qazanmışdı.

Heyətlərə nəzər saldıqda, “Atletiko Madrid”də əsas itki Kleman Lanqle və Kokenin adı ilə bağlıdır.

“Real Madrid”də isə Dani Karvaxal, Dani Sebalyos və Eder Militao meydana çıxa bilməyəcək.

Görüşü polşalı hakim Şimon Marçinyak idarə edəcək. Matç Bakı vaxtı ilə gecə yarısı saat 12-də başlanacaq.