"Real Betis" brazilyalı futbolçunu heyətinə qatmaq istəyir
"Mançester Yunayted"in brazilyalı futbolçusu Antoni Santos karyerasını İspaniyada davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Real Betis" 25 yaşlı futbolçunu transfer etmək niyyətindədir.
Bu haqda "Mail Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, Antoni ötən mövsümün ikinci yarısını məhz "Betis"də icarə əsasında keçirib.