"Real" ispaniyalı futbolçu ilə müqaviləni uzadacaq
Bu mövsüm 36-cı çempionluğunu qazanan "Real Madrid"də transfer çalışmaları başlayıb.
Sportline.az "Relevo" nəşrinə istinadla xəbər verir ki, Kral klubu 32 yaşlı cinah müdafiəçisi Daniel Karvaxalla yeni müqavilə imzalayaq.
Xəbərdə bildirilik ki, qabaqda Çempionlar Liqasının finalı olmağına baxmayaraq, klub futbolçunu bu mövsüm göstərdiyi performansa görə mükafatlandırmaq istəyir.
Yeni müqavilənin 2 illik olacağı bildirilir.
Qeyd edək ki, Karvaxal 2013-cü ildən "Real Madrid"də çıxış edir. O, bu mövsüm çıxdığı 38 oyunda 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb