"Real Madrid" 15 yaşlı hücumçunu transfer etmək istəyir
"Real Madrid" 15 yaşlı hücumçu Davian Kimbronu heyətə cəlb etmək istəyir.
Sportline.az xəbər verir ki, Madrid klubunun rəhbərliyi yanvar ayında "Sakramento"ya rəsmi təklif göndərəcək.
Bu haqda "Fichajes" nəşri məlumat yayıb.
Qeyd edək ki, D.Kimbro bu mövsüm 3 rəsmi matçda iştirak edib.
ABŞ U16 millisinin üzvünün MLS klubu ilə sözləşməsi 2026-cı ilin iyun ayına qədərdir.