"Real Madrid" - "Alaves": Heyətlərdə son vəziyyət
İspaniya La Liqasının 36-cı turunda çempionluğunu rəmsləşdirən "Real" "Santyaqo Bernabeu"da "Alaves"i sınağa çəkəcək.
Sportline.az xəbər verir ki, oyun öncəsi Kral Klubunun bu görüşə 2-ci heyətlə çıxması gözlənilir. David Alaba və Aurelien Çuameni isə matçın iştirak ərizəsinə salınmayıb.
Bask təmsilçisində isə Aleksandr Sedlar bu oyunda çıxış edə bilməyəcək.
Görüş Bakı vaxtı ilə 23:30-da başlanacaq.
Qeyd edək ki, tərəflər arasında mövsümün ilk dövrəsində keçirilən oyun paytaxt klubunun 1-0 hesablı qələbəsi ilə yekunlaşmışdı.