"Real Madrid" - "Atalanta": Heyətlərdəki son durum

Bu gün UEFA Super Kubokunun qalibi müəyyənləşəcək.

Sportline.az xəbər verir ki, həlledici görüşdə Çempionlar Liqasının qalibi "Real Madrid" ilə Avropa Liqasının qalibi "Atalanta" üz üzə gələcək.

"Kral klubu"nun heyətində zədəli David Alaba və Eduardo Kamavinqa bu görüşdə komandasına kömək edə bilməyəcək.

İtaliya klubunda isə oyun qabağı 6 itki nəzərə çarpır.Bunlar Kumpeyners, Skalvini, Skamakka, Toloi, El Bilal Ture və Zaniolodur.

Qeyd edək ki, Polşanın paytaxtı Varşavada keçiriləcək görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq.