"Real Madrid" - 'Bavariya": Düşərgələrdəki son durum

Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşəcək.

Sportline.az xəbər verir ki, Madriddə keçiriləcək cavab matçında "Real"la "Bavariya" məsələyə aydınlıq gətirəcək.

İlk görüşdən 2-2 hesablı bərabərliklə ayrılan rəqiblərin növbəti dueli də maraqla gözlənilir. 

Oyunqabağı Kral klubunun heyətinə yalnız David Alaba zədəlidir.

Qonaqlarda isə Saşa Boye, Kinqsli Koman və Rafael Gerero oyunun iştirak ərizəsinə daxil edilməyib.

Simon Marçinyakın idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.