"Real Madrid" ənənəvi olaraq 36-cı çempionluğunu Sibeles meydanında qeyd edib

La Liqada 2023/2024 mövsümünün qalibi "Real Madrid" bu gün çempionluğu qeyd etmək üçün şəhər gəzintisinə çıxıb.

Sportline.az xəbər verir ki, minlərlə azarkeş Sibeles meydanında təşkil olunan çempionluq şənliyində iştirak edib.

"Real Madrid" futbolçuları  isə avtobusun üstündə azarkeşləri salamlayıblar.

Qeyd edək ki, Kral klubu dünən La Liqanın 35-ci tur qarşılaşmasında "Qranada"nı səfərdə 4-0 hesabı ilə məğlub edib.