"Real Madrid" italiyalı ulduzu transfer etmək istəyir

"Real Madrid" italiyalı yarımmüdafiəçi Nikola Barella ilə ciddi şəkildə maraqlanır.

Sportline.az "RM Confidencial" nəşrinə istinadən xəbər verir ki, "İnter" 28 yaşlı futbolçu üçün 60 milyon avro tələb edir. 

Lakin Madrid klubu bu məbləği ödəmək niyyətində deyil. 

Qeyd edək ki, "Real"ın çalışdırıcısı Xabi Alonso Barellanın oyununu çox bəyənir.