"Real Madrid" Konate transferindən imtina edib

"Real Madrid" "Liverpul"un fransalı stopperi İbrahima Konatenin transferindən imtina edib.

Sportline.az xəbər verir ki, Madrid klubu futbolçu gələn yay azad agent kimi transfer etməyə çalışacaq.

Bu haqda "Defensa Central" nəşri məlumat yayıb.

26 yaşlı futbolçunun "Liverpul"la müqaviləsi 2026-cı ilin iyuna qədərdir.

Qeyd edək ki, Konatenin "Transfermarkt" dəyəri 60 milyon avro olaraq qiymətləndirilir.