"Real Madrid" "Liverpul"un ulduzu ilə anlaşıb
"Liverpul"un ingiltərəli ulduz futbolçusu Trent Aleksander-Arnold mövsümün sonunda klubdan ayrılacaq.
Sportline.az "Daily Star"a istinadən xəbər verir ki, "Real Madrid" Arnoldla razılıq əldə edib.
26 yaşlı müdafiəçi mövsümün sonunda azad agent kimi Madrid klubuna keçəcək.
Qeyd edək ki, Trent "Liverpul"la yeni müqavilə imzalamaq niyyətində deyil.
O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 38 matçda 3 qol və 7 asistlə yadda qalıb.