“Real Madrid” – “Mançester Siti”: Heyətlərdəki son durum

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turuna yekun vurulur.

Sportline.az xəbər verir ki, gecənin mərkəzi matçında “Real Madrid” “Santiaqo Bernabeu” stadionunda “Mançester Siti” ilə üz-üzə gələcək.

“Los blankos”un heyətində itkilərin sayı kifayət qədərdir. Dani Karvaxal, David Alaba, Din Höysen, Eder Militao, Ferlan Mendi və Trent Aleksander-Arnold zədədən əziyət çəkir.

“Şəhərlilər”də isə Con Stounz, Mateo Kovaçiç və Rodri baş məşqçi Pep Qvardiolanın sərəncamında olmayacaq.

Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 12-də səslənəcək görüşü fransalı hakim Kleman Turpen idarə edəcək.