"Real Madrid" qapıçısı ilə müqavilənin müddətini uzadacaq

Tibu Kurtuanın zədələnməsindən sonra əsas heyət oyunçusuna çevrilən Andriy Lunin Kral klubunda qalacaq.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, "Real Madrid" 2025-ci ildə müqaviləsi başa çatacaq ukranyalı qapıçıya yeni kontrakt təklif edəcək.

Luninin 2028-ci ilə qədər komandada qalmağı planlaşdırılır.

Mənbənin xəbərinə görə mart ayından bu yana Lunin və agenti ilə danışıqlar aparılır və məsələ müsbət nəticələnməyə çox yaxındır.

Qeyd edək ki, 2018-ci ildə "Zorya Luqansk"dan "Real Madrid"ə transfer olunan qolkiper icarə əsasında "Leqanes" və "Real Ovyedo" klublarında da çıxış edib.