"Real Madrid" "Real Soseydad"la görüşə ciddi itkilərlə çıxacaq

"Real Madrid" "Real Soseydad"la görüşə ciddi itkilərlə çıxacaq.

Sportline.az Marca.com-a istinadla xəbər verir ki, ingiltərəli ulduz futbolçu Cud Bellingem xəstələndiyi üçün komandasına kömək edə bilməyəcək. 

İspaniya mediasında Cud Bellingemlə yanaşı Rodriqonun da oyunu buraxacağı xəbərləri paylaşılıb.

Qeyd edək ki, ulduz futbolçularının görüşü buraxması Arda Gülərin əsas heyətdə yer almasına şərait yaradıb.