"Real Madrid" sonuncu turda "Benfika"nın qonağı olacaq

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə bu gün yekun vurulacaq.

Sportline.az xəbər verir ki, 8-ci - sonuncu turda "Real Madrid" səfərdə "Benfika" ilə münasibətləri aydınlaşdıracaq.

"Los blankos"da Antonio Rudiger, Eder Militao, Ferlann Mendi və Trent Aleksander-Arnold meydana çıxa bilməyəcək. Sözügedən futbolçular zədədən əziyyət çəkir.

Joze Mourinyonun kollektivində isə Samuel Soares, Aleksander Bah, Joao Veloso, Riçard Rios və Dodi Lukebakio oyunun iştirak ərzəsində yer almayıb.

Qeyd edək ki, start fiti Bakı vaxtı ilə gecə saat 12-də səslənəcək qarşılaşmanı italiyalı hakim Davide Massa idarə edəcək.