“Real Madrid” – “Vilyareal”: Heyətlərdəki son durum

“Real"bu gün La Liqanın növbəti turu çərçivəsində “Vilyareal”ı qəbul edəcək.

Sportline.az xəbər verir ki, hər iki komanda bu matça itkilərlə çıxacaq.

Kral klubunda əsas itki qapıçı Tibo Kurtua, David Alaba və Brahim Diazın adı ilə bağlıdır.

“Vilyareal”da isə Alfonso Pedraza, Denis Suarez, Xuan Foyt, Vili Kamvala, Ayoza Perez və Jerar Morenonun zədə səbəbindən matçı buraxacaqı bildirilir.

Qeyd edək ki, “Real Madrid” – “Vilyareal” görüşü bu gün saat 23-də başlanacaq.

Oyunu Xilerme Kuadra Fernandez idarə edəcək.