“Real Madrid” yeni müdafiəçi axtarışına çıxıb
“Real Madrid”in rəhbərliyi mövsümün sonunda yeni müdafiəçi transfer edəcək.
Sportline.az “Foot Mercato”ya istinadən xəbər verir ki, “Arsenal”ın fransalı futbolçusu Vilyam Saliba “Real”ın maraq dairəsinə düşüb.
London klubunun rəhbərliyi Salibanın transfer qiymətini 80 milyon avro olaraq təyin edib.
Qeyd edək ki, 23 yaşlı müdafiəçinin “Arsenal”la müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.