“Real Madrid” – “Yuventus”: Düşərgələrdəki son vəziyyət

UEFA Çempionlar Liqasının Liqa mərhələsində 3-cü turun oyunları davam edir.

Sportline.az xəbər verir ki, “Real Madrid” “Santiaqo Bernabeu”da “Yuventus”la qarşılaşacaq. 

“Los blankos”da Din Haysen, Ferlan Mendi, Antonio Rudiger və Dani Sebalyos oyunun iştirak ərzəsində yer almayıb. Trent Aleksander-Arnold və Dani Karvalın durumuna matç saatlarında ayınlıq gələcək.

“Yuventus”da İspaniyaya ciddi itkilərlə yollanıb. Fabio Miretti, Karlo Pinsoqli, Qleyson Bremer, Xuan Kabral, Arkadüş Milik və Edin Zeqrova zədədən əziyyət çəkir.

Qeyd edək ki, “Real Madrid” – “Yuventus” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. 

Oyunun ədalət təmsilçisi sloveniyalı Slavko Vinçiç olacaq.