“Real Madrid”dən 25 milyon avroluq transfer

“Real Madrid” “Olimpiakos”un yarımmüdafiəçisi Kristos Mouzakitisi transfer etməyə çalışır.

Sportline.az “Mail Sport”a istinadən xəbər verir ki, Madrid klubu bu keçid üçün qarşı tərəfə 25 milyon avro ödəməyə hazırdır.

18 yaşlı futbolçunun “Olimpiakos”la sözləşməsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, K.Mouzakitis bu mövsüm çıxış etdiyi 16 oyunda 2 məhsuldar ötürmə müəllifi olub.