"Real Madrid"in Arnold sevdası

Trent Aleksander Arnold "Liverpul"dan ayrılmağa hazırlaşır.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, "Real Madrid" Arnoldu mövsümün sonunda azad agent kimi transfer etməyi planlaşdırır.

26 yaşlı futbolçunun xəyalı "Real"da çıxış etməkdir. Buda Madrid klubunun işini asanlaşdırır.

Qeyd edək ki, Arnold "Liverpul"un yeni müqavilə təklifini qəbul etməyib.

O bu mövsüm çıxış etdiyi 33 matçda 2 qol və 7 asistlə yadda qalıb.