"Real Madrid"in yeni 10 nömrəsi bəlli olub

"Real Madrid"in yeni 10 nömrəsi fransalı ulduz Kilian Mbappe olacaq.

Sportline.az xəbər verir ki, 26 yaşlı hücumçu yeni mövsümdən etibarən 10 nömrəli forma altında çıxış edəcək.

Bu haqda nüfuzlu "Lequipe" nəşri məlumat yayıb.

Qeyd edək ki, "Real"da 10 nömrəli formanı sonuncu dəfə xorvatiyalı futbol əfsanəsi Luka Modriç geyinib.