“Real” növbəti qələbəsini qazandı

İspaniya Çempionatında 9-cu turun matçları davam edir.

Sportline.az xəbər verir ki, günün son görüşündə “Real Madrid” evində “Vilyareal”la qarşılaşıb. Matç “Real”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolları 14-cü dəqiqədə Federiko Valverde və 73-cü dəqiqədə Vinisius vurub.

Qeyd edək ki, “Real Madrid” bu qələbə ilə xallarını 21-ə çatdıraraq 2-ci pillədəki yerini qoruyub. “Vilyareal” isə 17 xalla 3-cü pillədə qərarlaşır.