"Real"ın futbolçusu İtaliya klubuna transfer olub
Müdafiəçi Yakobo Ramon "Real"dan ayrılaraq İtaliyanın "Komo" klubuna keçib.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, 20 yaşlı mərkəz müdafiəçisi İtaliya klubu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalayıb.
Mətbuatda yayılan xəbərlərə görə, Madrid komandası bu transfer üçün təxminən 2,5 milyon avro alacaq. Eyni zamanda, “Real” geri almaq hüququnu, həmçinin gələcək satış məbləğinin 50 faizini özündə saxlayır.