Renat Dadaşov İsveçrədə növbəti qolunu vurdu
İsveçrə çempionatında 20-ci turun oyunları keçirilib.
Sportline.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Qrasshopper” səfərdə “Servet”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının yeganə qolunu da 57-ci dəqiqədə penaltidən Renat vurub. Bu, Renatın mövsümdə 4-cü qoludur.
Qeyd edək ki, “Qrasshopper” 20 turdan sonra 24 xalla 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.