Rəqibimizin sabiq futbolçusu keşiş oldu

"Mançester Yunayted" və Şimali İrlandiya millisinin sabiq futbolçusu Filip Malrin yeni həyata başalayıb. SportLine.az xəbər verir ki, 38 yaşlı Malrin  keşiş olmaq qərarına gəlib. Qeyd edək ki, "Mançester Yunayted"də Devid Bekhem, Hari və Fil Nevil, həmçinin Nikki Batla birgə çıxış edən Malrin karyerasını 2008-ci ildə bitirib.