Reqilon İstanbul nəhənginin hədəfindədir

Joze Mourinyo 2020-ci ildə "Atletiko Madrid"dən "Tottenhem"ə transfer etdiyi Serxio Reqilonla bu dəfə "Fənərbağça"da görüşmək istəyir. Ulduz futbolçunun müqaviləsi mövsümün sonunda başa çatacaq.

Sportline.az “Fanatik” qəzetinə istinadən xəbər verir ki, “Tottenhem” komandası heyətdə düşünmədiyi 27 yaşlı ispaniyalı sol cinah müdafiəçisinə yeni müqavilə təklif etməyi planlaşdırmır. “Fənərbağça” təcürbəli futbolçunu yanvarda heyətinə qatmaq üçün təklif göndərməyə hazırlaşır.

Qeyd edək ki, Serxio Reqilonun transfer dəyəri 12 milyon avro olaraq təyin edilib.