Reşford İspaniya nəhənginə keçə bilər
"Mançester Yunayted" ingiltərəli futbolçusu Markus Reşfordla yollarını ayırmağa hazırlaşır.
Sportline.az insayder Aleks Krookun məlumatına istinadən xəbər verir ki, "Barselona" Reşfordu transfer etmək üçün hərəkətə keçib.
Kataloniya klubu Reşfordun meneceri ilə danışıqlara başlayıb.
Qeyd edək ki, "Mançester Yunayted" Reşfordu 60 milyon avro qarşılığında satmağa hazırdır.