Reşford İspaniya nəhənginə transfer ola bilər

"Mançester Yunayted" ingiltərəli futbolçusu Markus Reşfordu satışa çıxarıb.

Sportline.az insayder Jordi Karderonun məlumatına istinadən xəbər verir ki, Reşford "Barselona" klubuna transfer olmaq istəyir.

İspaniya nəhəngi 27 yaşlı futbolçunun meneceri ilə danışıqlar aparır.

Qeyd edək ki, Reşfordun "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.

İngiltərə klubunun rəhbərliyi Markus üçün 60 milyon avro tələb edir.

O cari mövsüm çıxış etdiyi 24 matçda 7 qol və 3 asistlə yadda qalıb.