Reşford İspaniya nəhənginə transfer olacaq
"Mançester Yunayted"in ingiltərəli futbolçusu Markus Reşford karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportline.az "Diario Sport"a istinadən xəbər verir ki, "Barselona" Reşford üçün "Mançester Yunayted"ə 50 milyon avro təklif edib.
İngiltərə klubu bu təklifi dəyərləndirəcək. 27 yaşlı futbolçunun müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, M.Reşford cari mövsüm çıxış etdiyi 24 matçda 7 qol və 3 asistlə yadda qalıb.