Rəsul Çunayev zirvəni qorudu
Dünya Güləş Birliyi yunan-roma güləşçi üzrə yeni reytinq cədvəlini açıqlayıb. SportLine.az xəbər verir ki, siyahının yuxarı pillələrində 7 idmançımız yer alıb.
Ən yaxşı nəticə dünya çempionumuz Rəsul Çunayevin aktivindədir. 71 kq çəki dərəcəsində mübarizə aparan pəhləvanımız öz çəkisində liderdir.
İlk onluqda qərarlaşan güləşçilərimizdən Rövşən Bayramov (59 kq) 2-ci, Rafiq Hüseynov (80 kq) 5-ci, Saman Təhmasibi (85 kq) 6-cı, Elvin Mürsəliyev (75 kq) 8-ci, Həsən Əliyev (66 kq) - 9-cu, Sabah Şəriəti (130 kq) 10-cudur.