Riberi: "Qrizman dünya səviyyəli oyunçu deyil"
"Bavariya"nın və Fransa millisinin üzvü Frank Riberi Antuan Qrizman haqda açıqlaması ilə diqqət mərkəzinə düşüb. SportLine.az "Sport Bild"ə istinadən xəbər verir ki, Riberi Qrizmanın dünya səviyyəli oyunçu olmadığını dilə gətirib:
"Qrizman keçən mövsüm əla təsir bağıladı. Həm "Atletiko"da, həm də milli komandada vacib qələbələrdə pay sahibi oldu. Ancaq dünya səviyyəli futbolçu olmaq üçün bunlar kifayət etmir. Futbol azarkeşləri düşünürlər ki, kim isə bir mövsüm parlaq oyun sərgiləyən kimi ona Ballon d'Or təqdim olunmalıdır. Bu, yalnış fikirdir. Dünya səviyyəli oyunçu olmaq üçün, bəzən, 15 il çalışıb özünü doğrultmalısan. Qrizman bunu etsin, təbrik edim".
Ardıcıl zədələrə baxmayaraq, özünün yüksək səviyyədə çıxışını qoruduğunu dilə gətirən Riberi, "9 ay yaşıl meydanlardan uzaq qaldım. Ancaq 10 il əvvəlki kimi yüksək səviyyədə çıxış edirəm", - deyə bildirib.