Robert Teylorun taleyinə aydınlıq gətirildi
Robert Teylor karyerasını "İnter Mayami"də davam etdirəcək.
Sportline.az xəbər verir ki, mayamililər onunla yeni müqavilə bağlayıblar.
Yeni anlaşmaya əsasən hücumçu 2026-cı ilin sonunadək sözügedən klubun şərəfini qoruyacaq.
Qeyd edək ki, 29 yaşlı finlandiyalı 2022-ci ildən MLS-də oynayır.
O, meydana çıxdığı 102 görüşdə 16 qol və 18 asistlə yadda qalıb.