Roberto Martinez: "Dünya Kubokunu Diogo Jota üçün qazanmaq istəyirik"
Portuqaliya millisinin baş məşqçisi Roberto Martinez mərhum futbolçu Dioqo Jota barədə duyğusal açıqlama verib.
Sportline.az xəbər verir ki, mütəxəssis komandanın Dünya kubokunda ən böyük motivasiyalarından birinin Jotanın xatirəsi olduğunu bildirib.
Bu barədə ESPN nəşri məlumat verib.
“Dioqo Jotanı ehtiramla yad etməliyik. Bu komandada başladığımız hər şey onunla başladı. Millətlər Liqasını onunla qazandıq. Dünya kubokunu onun üçün qazanmaq istəyirik. Bu oyun Dioqo Jotanın oyunu olacaq.”
Bundan əlavə Jotanın ən böyük arzusunun Portuqaliya millisi ilə Dünya kubokunu qazanmaq olduğunu xatırladan Martinez, bu arzunu gerçəkləşdirməyi bütün komanda adından bir məsuliyyət və vəzifə kimi gördüklərini bildirib.
Qeyd edək ki, Portuqaliya komandası 2026-cı il Dünya lubokunun 1/16 final mərhələsində Xorvatiya ilə qarşılaşacaq.