Rodriqo İngiltərə nəhənginə keçə bilər

“Real Madrid” yüksək maaş alan Rodriqonu Premyer Liqa nəhənginə göndərmək istəyir.

Sportline.az jurnalist Santi Aounanın məlumatına istinadən xəbər verir ki, “Liverpul” və Rodriqonun nümayəndələri arasında birbaşa danışıqlar gedir.

Bildirilir ki, “Real” Rodriqonu klubdan göndərmək istədiyini futbolçuya bildirib.

Luis Diaz “Liverpul”dan getmək istədiyi üçün İngiltərə nəhəngi Rodriqonu transfer etmək istəyir.