Rodriqo qərarını verdi

"Real Madrid"in ulduz futbolçusu Rodriqo karyerası ilə bağlı qərar verib.

Sportline.az "Diario As" nəşrinə istinadən xəbər verir ki, futbolçu klubda qalmaq niyyətindədir.

24 yaşlı sağ cinah vingeri ilə "Tottenhem", "Arsenal" və "Liverpul" klubları yaxından maraqlanır.

Qeyd edək ki, Rodriqo 2019-cu ildən "Real Madrid"də çıxış edir.

Onun klubla sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.