"Roma" baş məşqçisi ilə vidalaşır
"Roma" bu mövsümün sonunda baş məşqçisi Paulu Fonsekanı istefaya göndərəcək.
Sportline.az "Corriere della Sera"ya istinadən xəbər verirk i, klub rəhbərliyi portuqaliyalı mütəxəssislə yolları ayırmağa qərar verib. Bildirilib ki, rəhbərlik onu Avropa Liqasının 1/2 finalının ilk matçında "Mançester Yunayted"ə 2:6 hesablı məğlubiyyətdən (2: 6) sonra qovmaq istəyib. Ancaq sonra klub Fonsekanın yaya qədər çalışmasına icazə verib.
Qeyd edək ki, "Roma" A Seriyasında hazırda 55 xalla 7-ci pillədə qərarlaşıb.